KristalJaluz Haqqımızda | Jalüz və Pərdə Sistemlərində Lider Brend

KristalJaluz – keyfiyyət, davamlılıq və müştəri məmnuniyyətini əsas prioritet hesab edən, Bakı və Azərbaycanın müxtəlif bölgələrində jalüz və pərdə sistemlərinin satışı və quraşdırılması üzrə ixtisaslaşmış aparıcı şirkətlərdən biridir. 2017-ci ildən fəaliyyət göstərərək, minlərlə müştərinin etibarını qazanmışıq.

İstənilən interyerə uyğun zebra jalüz, stor pərdə, vertikal jalüz və avtomatik sistemlər daxil olmaqla geniş məhsul çeşidimizlə ev və ofislər üçün müasir və funksional həllər təqdim edirik. Peşəkar komandamız hər bir layihəyə fərdi yanaşır və müştəri məmnuniyyətini maksimum səviyyədə təmin edir.

Port Baku, Kontakt Home, Bravo, Rahat Market, Dəniz Mall, Hava Limanı və Aygün Mall kimi nüfuzlu layihələrdə iştirakımız, xidmət keyfiyyətimizin bariz nümunəsidir.

KristalJaluz olaraq, sizə zəmanətli jalüz sistemləri, 7-8 il davamlı istifadə imkanı, sürətli quraşdırma və pulsuz ölçü götürmə xidməti təklif edirik.

Siz də Bakı jalüz sifarişi, interyer üçün estetik jalüzlər və ya müasir stor pərdələr axtarırsınızsa, KristalJaluz komandası hər zaman xidmətinizdədir!

İndi bizimlə əlaqə saxlayın və interyerinizi mükəmməlləşdirin!